Xocalı rayon İcra Hakimiyyətinin Başçısı Şahmar Usubov Gəncə şəhərində müvəqqəti məskunlaşan Kərkicahan qəsəbə sakinləri ilə görüş-qəbul keçirmişdir. Tədbirdə rayon prokuroru Şıxəli Alməmmədov, polis rəisi İlqar Rüstəmli, xəstəxananın Baş həkimi Məmməd Nağıyev, Təhsil şöbəsinin müdiri Şakir Əliyev, şöbə müdiri Vaqif Ağayev iştirak etmişdir.
Qəbulda çıxış edən sakinlər yeni salınacaq yaşayış massivində xeyir-şər evinin tikilməsi, yeni tikilən binaların münasib bir ərazidə salınmasını, təsərrüfatla məşğul olanlara kreditlərin verilməsi, qəbiristanlıq yolunun ciddi təmirə ehtiyac olduğunu bildirdilər və tezliklə doğma yurdlarına qayıtmağı arzuladılar.
İcra Hakimiyyətinin Başçısı cənab Şahmar Usubov irəli sürülən təkliflərə münasibət bildirərək bir çox məsələlərə aydınlıq gətirdi.
Görüş-qəbulda iştirak edən Prezident Administrasiyasının məsul işçisi Aqşin Əliyev də çıxış edərək verilən təkliflərin həll olunacağını bildirdi.
Qəsəbə sakinləri Səyyari-göcrüş qəbuldan razı qaldıqlarını qeyd etdilər, ölkə Prezidenti möhtərəm İlham Əliyevə, rayon İH-nin Başçısı Şahmar Usubova və iştirak edən məsul şəxslərə minnətdarlıqlarını bildirdilər.